100% Halal və Təbii Kənd Təsərrüfatı Platforması
Kənd Bazarı İcma Qaydaları

Halal Məzmun və İstifadə Qaydaları

Platformamızda yalnız halal, qanuni və təbii kənd təsərrüfatı məhsullarının satışı həyata keçirilir.

Qəti Qadağan Edilmiş Məhsullar

Aşağıdakı məhsulların, heyvanların və xidmətlərin platformada elan kimi yerləşdirilməsi QƏTİ QADAĞANDIR:

  • Donuz və donuzdan hazırlanan məhsullar
  • Spirtli içkilər (araq, şərab, pivə, viski və s.)
  • Narkotik və psixotrop maddələr
  • Qumar, mərc və kazino xidmətləri
  • Əxlaqsız və pornoqrafik məzmun, cinsi xidmətlər
  • Silah, odlu tüfəng, sursat və partlayıcılar
  • Heyvanlara işgəncə və qəddarlığı təşviq edən elanlar
  • Qanunsuz ov, vəhşi təbiət və qırmızı kitaba düşən növlər
  • Saxta məhsullar və aldadıcı elanlar
  • İnsan orqanları və insan alveri

İcazə Verilən Halal Bölmələr

Heyvanlar

İnək, dana, camış, öküz, qoyun, quzu, keçi, at, dəvə və digər halal heyvanlar.

Quşlar

Toyuq, xoruz, cücə, hinduşka, qaz, ördək, bildirçin və ev quşları.

Süd Məhsulları

Kənd südü, nehrə kərə yağı, qatıq, qaymaq, pendir, şor və ayran.

Taxıl & Kənd Məhsulu

Buğda, arpa, qarğıdalı, un, düyü, paxlalılar və ərzaq.

Meyvə & Tərəvəz

Alma, nar, pomidor, xiyar, Gədəbəy kartofu, soğan, sarımsaq və s.

Yem, Bal & Ot

Təbii dağ balı, arı ailəsi, yem, ot, saman, yonca presi və toxumlar.

Elanın Moderasiya Prosesi

İstifadəçi elan yerləşdirdikdə elan avtomatik süni intellekt və açar söz filtri ilə yoxlanılır. Qadağan olunmuş ifadələr olmadığı halda elan Gözləmədə (Pending) statusuna düşür. Moderatorlarımız elanı nəzərdən keçirib təsdiqlədikdən sonra saytda yayımlanır. Qaydalara zidd elanlar səbəb göstərilərək rədd edilir.